Aydın Hüseynov: “Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər təsdiq edir ki, uğurların təməlində dövlət-xalq birliyi dayanır” RƏY

Aydın Hüseynov: “Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər təsdiq edir ki, uğurların təməlində dövlət-xalq birliyi dayanır” RƏY

""Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasından ötən bir il ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişiklilərə səbəb olub". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın iqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov ölkənin iqtisadi inkişafında əldə edilən uğurları şərh edərkən deyib.

Partiya rəsmisi qeyd edib ki, ümumiyyətlə, son bir ildə iqtisadiyyatla yanaşı sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə də əhəmiyyətli nailiyyətlərə imza atılıb: "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının 1-ci ilinin yekunlarına keçirilən konfransda ölkə başçısı cənab İlham Əliyevin irəli sürdüyü fikirlər də təsdiq edir ki, bütün bu uğurların təməlində ilk növbədə dövlət-xalq birliyi dayanır. Belə ki, regionların sosial inkişafını nəzərdə tutan tədbirlərin icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsinun uğurla təmin edilməsində xalqımızın öz dövlətinə və Prezidentinə olan tükənməz inamı, eyni zamanda xalq-iqtidar vəhdəti dayanır".

Aydın Hüseynov statistik rəqəmlərə istinad edərək bldirib ki, dünyada iqtisadi böhranın hələ də davam etməsinə baxmayaraq, Azərbaycanda bu istiqamətdə sabitlik və inkişaf hökm sürüb: "Ölkə iqtisadiyyatında 3 faiz, qeyri-neft sektorunda isə 7 faiz artım baş verib. Bu rəqəmlər isə dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Belə ki, son bir ildə regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Eyni zamanda dövlətin maliyyə dəstəyi sayəsində 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni iş yerləri açılıb".

Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində işsizlik və yoxsulluq indi 5 faiz səviyyəsinə düşüb, - deyə vurğulayan YAP İqtisadi məsələlər komissiyasının sədr müavini həmçinin bildirib ki, hazırda ölkədə aylıq əməkhaqqı 565 dollar, orta pensiya isə 221 dolları əhatə edir: "Ümumilikdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət sübut edir ki, Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlir, ölkədə işgüzar fəallıq artır, regionlarda sahibkarlıq fəaliyyəti daha da geni.ləndirilir, əhatəli və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən uru infrastruktur layihələri reallaşdırılır".

A.Hüseynov həmçinin bildirib ki, bu uğurlu siyasətin tərkib hissəsi kimi 2015-ci ildə və növbəti illərdə Prezident İlham Əliyev cənablarının müəyyən etdiyi yeni hədəflərə uyğun olaraq, hər bir rayonda sənaye zonalarının yaradılması, ölkədə istehsal olunan məhsulların xaricə çıxışının təmin edilməsi, dünyadakı qabaqcıl təcrübələrin Azərbaycanda tətbiqi, eləcə də istifadəsiz torpaqların elektron uçotunun aparılması ilə bağlı tədbirlər həyata keçirəcək: "Beləliklə, bu kimi önəmli işlərin reallaşdırılması məhz əhalinin rifah halının daha da yaxşılaşdırılmasında, yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə