Mehman Mehmanov: “Daş karxanalarında məsələ ilə bağlı ciddi işlər görülməlidir” AÇIQLAMA
"Bu gün əməyin mühafizəsi məsələsi sosial həyatı narahat edən ən mühüm məsələlərdən biridir. İnkişaf edən Azərbaycanda digər bütün sahələrlə yanaşı əməyin mühafizəsi sahəsinə də xüsusi önəm veriilir". Bu sözləri bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Təhlükəsiz iş" ongünlüyü çərçivəsində seminar müşavirəsində çıxışında Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Mehman Mehmanov deyib. Onun sözlərinə görə, ölkədə 83 faiz emal özəl müəssisələr tərəfindən aparılır, buna görə də həmin özəl müsəssisələrdə də əməyin mühafizəsi işi təmin edilməlidir. Bu mühafizə məsələsi qorxu üzərində qurulmamalıdır: "Hər bir işçi layiqli mühafizə edilmək istəyir. Bu gün ölkəmizdə 83 faiz emal özəl müəssisələr tərəfindən aparılır. Bunun üçün biz normal əmək fəaliyyətini təmin etməliyik. Mühafizə məsələsi qorxu üzərində qurulmamalıdır. Hər bir insan bunu öz işində hiss etməlidir. Bu məsələ sahibkarlar üçün yenidən səsləndirilməlidir".
Mehman Mehmanov qeyd etdi ki, ƏƏSMN ilə birlikdə əmyin mühafizəsi sahəsində görülən işlər artıq təsirini göstərir. Lakin daş karxanaları ilə bağlı problemlər isə hələ də qalmaqdadır: "Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi ilə birlikdə həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verməyə başlayıb. Amma zamanın tələbi kimi bu gün ölkədə bu sahədə gedən proseslər normal qarşılanmalıdır. Mən təklif edirəm ki, portnoylarla birlikdə əməyin mühafizəsi işini davam etdirək. Daş karxanalarında və digər yerlərdə bu məsələ ilə bağlı ciddi işlər görülməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB