Daşınar əmlakın maliyyələşməsi müzakirə edilib Fotolar

Daşınar əmlakın maliyyələşməsi müzakirə edilib Fotolar

Bu gün Azərbaycan Sahibkarlar Konfederesiyasının Dünya Bankı (DB) ilə birgə yeni icrasına başlanılan "Daşınar əmlaka əsaslanan kreditləşmə Layihəsi" ilə bağlı konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ASK-nin prezidenti Məmməd Musayev, Beynəlxalq Maliyyə Korporasiyasının Daşınar Əmlak Əsaslı Maliyyələşmə üzrə Mütəxəssisi Saymon Tompson, Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionu üzrə Beynəlxalq Maliyyə Korporasiyasının baş bank mütəxəssisi Qamar Salem, Beynəlxalq Maliyyə Korporasiyasının Qlobal Maliyyə və Bazarlar Mütəxəssisi İsimkah İbuakah, Beynəlxalq Maliyyə Korporasiyasının Təminatlı Əqdlər üzrə Mütəxəssisi Aqil Abdullayev, qurumun Maliyyə vəsaitlərinə çıxış imkanları üzrə mütəxəssisi Teymur Heybətov, həmçinin qurumun Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə vətəndaşlara verilən kreditlərin əsasən daşınmaz əmlak üzərindən həyata keçirildiyini vurğulayıb. Lakin bu da müəyyən problemlər ortaya çıxarır. Dünya bankı ilə qurum arasında formalaşdırılan əməkdaşlığın mövcud problemləri aradan qaldıracağını qeyd edib: "Artıq daşınmaz əmlaka kredit verilməsi ilə bağlı dünyada mövcud olan mexanizm tətbiq edilməlidir. Bu gün Azərbaycan bazarında müştərilərə verilən kreditlər əsasən daşınmaz əmlak formasında təqdim olunan girovla təmin olunur və bu maliyyə sektorunun bu seqmentinin inkişafında müəyyən problemlər yaradır. Azərbaycan Sahibkarlar Konfederasiyasının bu sahədə Dünya Bankı ilə əməkdaşlığa başlaması mövcud problemləri aradan qaldırmağa dəstək verəcək".

Daha sonra çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının Təminatlı Əqdlər üzrə Mütəxəssisi Aqil Abdullayev daşınan əmlaka tətbiq ediləcək kreditləşmənin əhalinin iqtisadi inkişafını sürətləndirəcəyini deyib. Bunun üçün banklar və digər kredit təşkilatlarının maraq yaratmalı olduğunu qeyd edib: "Bu gün dünyada bu sahəyə böyük ehtiyac var. Daşınan əmlakın kreditləşməsi ölkənin bank sisteminin stabilliyi və səmərəliliyində önəm daşıyır. Banklara sabitlik gətirir. Daşınan əmlak girovu ilə kreditləşmə əhalinin iqtisadi inkişafını sürətləndirir. Banklar və digər kredit təşkilatları əhalidə bu sahədə maraq yaratmalı və ümumi rol oynamalıdırlar".

Bundan sonra isə, tədbirin digər iştirakçıları çıxış edib, ölkədə daşınan əmlakın kreditləşməsindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə