Kənd Təsərrüfatı Nazirliyi Qubada müşavirə keçirib

Kənd Təsərrüfatı Nazirliyi Qubada müşavirə keçirib

Qubada "Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı" mövzusunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Regional müşavirə keçirilib. Qubada yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Meyvəçilikdə mütərəqqi becərmə texnologiyalarının tətbiqi və tingçiliyin inkişafı" mövzusunda Regional müşavirə keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, alimlər, bölgə fermerləri, mütəxəssislər və digər özəl bölmələrin nümayəndələri iştirak edib. Regional müşavirənin keçrilməsində əsas məqsəd bitkiçilik məhsullarının istehsalçılarının, meyvəçi fermerlərin məhsuldarlığın yüksəldilməsində, ting istehsalının müasir standartlara cavab verən səviyyədə qurulmasında onlara yardımçı olmaqdır. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət planında mütəmadi olaraq belə müşavirələrin Respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.

Öncə müşavirə iştirakçıları 20 Yanvar Faciəsinin 25–ci ildönümü ilə bağlı bir dəqiqəlik sükutla Şəhidlərimizin xatirəsini yad edib. Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun direktoru İlham Qurbanov hazırda bağçılıqda və tingçilikdə movcud olan problemlərdən danışmış və onların həlli yollarının araşdırılmasında keçirilən seminarın əhəmiyyətini qeyd edib.

Müşavirədə mütəxəssislər "Quba-Xaçmaz regionunda meyvəçiliyin vəziyyəti və inkişaf perspektivləri", "Tingçiliyin mövcud vəziyyəti və İnkişaf etdirilməsi", "Meyvə bağlarında mövsümü qulluq işləri", "Yeni texnologiya ilə salınmış bağlarda becərmə tədbirləri", "Mütərəqqi becərmə texnologiyalarında gübrələrdən istifadənin əhəmiyyəti", "Meyvə bitkilərinin çoxaldılması texnologiyası", "Amerika ağ kəpənəyinin bioloji xüsusiyyətləri və ona qarşı mübarizə tədbirləri" mövzularında çıxışlar etmiş, fikir mübadiləsi aparılmış, fermerləri maraqlandıran məsələlərə dair məsləhət və tövsiyələr verilmiş və yeni texnologiyaların tətbiq edildiyi bağ sahələrinə baxış keçirilib.

Müşavirənin gündəliyində nəzərdə tutulduğu kimi fermerlərə tarla şəraitində müasir becərmə sistemini nümayiş etmək məqsədilə rotorlu kultivatorların cərgələr arası becərməsi, eyni zamanda budama zamanı bitki qalıqlarını xırdalayıb doğrayan aqreqatların iş prinsipi fermerlərə əyani şəkildə göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə