Nəqliyyat və rabitə xərclərinə 128,3 milyon manat vəsait ayrılıb

Nəqliyyat və rabitə xərclərinə 128,3 milyon manat vəsait ayrılıb

Nəqliyyat və rabitə xərclərinə 2015-ci il dövlət büdcəsində 128,3 milyon manat və ya 2014-cü illə müqayisədə 6,9 milyon manat və ya 5,7 faiz çox vəsait ayrılıb. Bu xərclər üçün ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 faiz təşkil edəcək. SİA-nın Maliyyə Nazirliyinin təqdim etdiyi "Vətəndaşın büdcə bələdçisi" kitabına istinadən xəbər verir ki, 2015-ci il dövlət büdcəsindən nəqliyyat və rabitə bölməsi üzrə nəqliyyata 85,8 milyon manat, rabitə xərclərinə isə 42,5 milyon manat vəsait yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə