Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (AZPROMO) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Fonddan SİA-ya verilən xəbərə görə, hazırda imzalanan memorandum 2016-cı ilədək qüvvədə olacaq. Sənəddə AZPROMO və GİZ-in birgə əməkdaşlığı ilə yerli ixracatçıların xarici ticarət və bazar araşdırmaları sahəsində potensialının artırılması və bu sahədə maarifləndirilməsi, birgə təlim və seminarların keçirilməsi, ixracatçı şirkətlər üçün dəyirmi masaların, forumların təşkili, ixrac potensiallı yerli məhsulların təşviqi materiallarının hazırlanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB