Neftin qiyməti kəskin ucuzlaşıb

Ötən gün dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin aşağı düşüb. SİA-nın məlumatına görə, yanvarın 5-də London birjasında keçirilən hərraclarda "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 3,53 dollar ucuzlaşaraq 53,81 dollar olub. Xatırladaq ki, bu, neftin 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan qiymətindən 36 dollar aşağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə