"Rusiyadakı böhran və problemlər geniş miqyasda Azərbaycana təsir edə bilməz. Doğrudur, Rusiya Azərbaycanla iqtisadi əlaqələri böyük olan tərəfdaş ölkədir. Rusiyada yaşayan çoxlu Azərbaycanlı var. Əhalinin gediş- gəlişi var, kommunikasiya əlaqələri mövcuddur. Bunların hamısı ölkəmizə təsir edə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Əli Əlirzayev deyib.
O, müstəqil siyasət yürüdən Azərbaycana Rusiyada yaşanan problemlərin ciddi təsir göstərməyəcəyini vurğulayıb: "İqtisadi yaxud da siyasi məsələlər Azərbaycana təsir edir. Buna baxmayaraq, Azərbaycan Rusiyadan asılı ölkə deyil. Biznes mühiti elədir ki, fəaliyyət nəticəsində gəlir əldə edilirsə həyat şəraiti yaradılır və insanlar o mühitdə ailələri ilə yaşayırlar. Təbiidir ki, əgər ailələri varsa onların uşaqları məktəblərdə təhsil alırlar. Bu da onu deyir ki, kütləvi axın olmayacaq. Kütləvi axın onda ola bilər ki, bazarlarda işləsinlər, məhsulla bağlı problem olsun, ailələri Azərbaycanda yaşasın və geri qaytımaq məcburiyətində qalsınlar. Biznesdə olan dəyişikliklər ciddi təsir etməyəcək. Hər hansı sahədə problem olarsa digər sayəhə keçəcəklər. Ona görə də hesab edirəm ki, heç bir ciddi problem gözlənilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB