“Azərbaycan və Türkiyənin ortaq peyki yaradıla bilər” MÜNASİBƏT
"Arzum odur ki, Türkiyə və Azərbaycanın birlikdə ortaq peyki yaradılsın". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyənin Elm, Sənaye və Texnologiya naziri İsiq Fikri Azərbaycanın ikinci süni peykinin orbitə çıxarılması ilə bağlı "Azərkosmos" ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanan sazişə münasibət bildirərkən deyib.
"İlk öncə bununla bağlı qardaş Azərbaycan dövlətini, xalqını təbrik edirəm. Biz bundan çox qürurlandıq. Sizin uğurlarınız bizləri hər zaman sevindirir. Ümumiyyətlə Türkiyə, ölkənizin qazandığı bütün uğurlardan qürur duyur. Arzum isə Türkiyə və Azərbaycanın birlikdə ortaq peyk yaratmasıdır. Ümid edirik ki, bundan sonra bu işləri birgə ərsəyə gətirərik. Hazırda bu istiqamətdə danışıqlar aparılır" – deyə, türkiyəli nazir fikirlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB