Bakıya yeni model maşınlar gətiriləcək

Bakıya yeni model maşınlar gətiriləcək

Bakıya yeni "Porsche Cayenne GTS" gətiriləcək. SİA - nın məlumatına görə, bu barədə Porsche Bakı Mərkəzi məlumat yayıb. Mərkəzin satış nümayəndəsi Adil Əliyevin sözlərinə görə, yeni model Bakıya yanvar ayının sonunda gətiriləcək. Yeni model sadəcə dizayn baxımında yenilənib. Hələlik yeni modelin qiyməti məlum deyil. Mərkəzdən verilən məlumata görə, qiymətlər indikindən çox fərqlənməyəcək. Xatırladaq ki, hazırda "Porsche Cayenne GTS"lar 112,5 min manatdan 121,5 min manat arasında dəyişir. İlkin olaraq 2 ədəd Porsche Cayenne GTS" avtomobilin Bakıya gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, avtomobilin mühərrikinin həcmi 3.6 litrdir. Yeni "Porsche Cayenne GTS"-in şəhəriçi yanacaq sərfi 100 kilometr üçün 7,6-15,9 litr, şəhərdən kənar hissələrdə isə 6-8,9 litr təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə