Azərbaycan-Türkiyə arasında forum keçiriləcək

Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutacaq
Azərbaycan-Türkiyə arasında forum keçiriləcək

Bu ilin 2-5 dekabr tarixlərində təşkil olunacaq "Bakutel" XX Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində, 03.12.2014-cü il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Türkiyə Yüksək Texnologiyalar Forumu keçiriləcək.

RYTN-in verdiyi məlumata görə, forumda Azərbaycan və Türkiyənin aparıcı İKT şirkətləri arasında əməkdaşlıq, hər iki ölkədə və 3-cü ölkələrdə birgə investisiya imkanları müzakirə olunacaq, ikitərəfli görüşlər keçiriləcək.

Forum Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İstanbul Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin rəsmi hissəsində rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Türkiyə Respublikasının informasiya və kommunikasiya texnologiyaları qurumunun sədri Tayfun Acarer, İstanbul Ticarət Palatasının sədri, İbrahim Çağlar və Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkunun çıxış etməsi nəzərdə tutulur.

Forumun ikinci hissəsi B2B formatında davam edəcək, hər iki ölkənin aparıcı İKT şirkətləri arasında ikitərəfli görüşlər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə