Eyyub Hüseynov: “Ölkəmizdə yodlaşdırılmış duzdan istifadə 84 % -ə yüksəlib” Açıqlama

Eyyub Hüseynov: “Ölkəmizdə yodlaşdırılmış duzdan istifadə 84 % -ə yüksəlib” Açıqlama

Azərbaycanda 2001-ci ildə yodlaşdırılmış duzun istehlakı ilə bağlı qanun qəbul edilib. Qəbul olunan qanunla yodlaşdırılmamış duzların istehsalı və satışı qadağan edilib. Qanunun qəbul edildiyi illərdə yodlaşdırılmamış duzlar insanlarda bir çox xəstəliklərin ortaya çxımasına səbəb olmuşdu". SİA-nın məlumatına görə, bu sözləri bu gün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlak mallarının istifadəsi ilə bağlı keçirilən tədbridə çıxışı zamanı deyib.

O, ölkəmizdə hər il yodlaşdırılmış duzların istifadəsinin faizində artım olduğunu qeyd edib: "Artıq ölkəmizdə yodlaşdırılmış duzların istifadəsi 84 % -ə yüksəlib. Bir neçə ildir ki, Masazır gölünün istifadəsi üçün qadağaların gətirilməsi üçün çalışmışıq. Beləliklə, Masazırda duz zavodu tikilib. Bununla da yodlaşdırılmış duzların satışını təmin etməyə başlamışıq. Təəssüf ki, hazırda Səlyan, Şəki, Gəncə və digər rayonlarda istehsal olunan qanunsuz duzlar pendir və çörək istehsalı müəssisələrində yenə də istehsal olunur. Əlbəttə ki, burada əsas məsələ əhalinin də məlumatlandırılmasıdır. Çünki onlar üzərində yodlu yazılmış qeyri – qanuni duzları istifadə edirlər. Təəssüf ki, hazırda bu duzların satışı hələ də davam etdirilir. Günümüzdə "Morskoy sol" brendi ilə ölkəmizə bahalı duzlar gətirilir. Burada edəcəyimiz sınaqla duzların yodlu və ya yodsuz olduğunu görəcəyik".

Eyyub Hüseynov ölkə ərazisindəki bir çox məktəblərdə qadağan olunan brendlərin satışının təşkil edildiyini və buna qarşı mübarizə aparıldığını vurğulayıb: "Ölkənin demək olar ki, əksər məktəblərinin bufetlərində qadağan olunmuş qida brendlərinin satışı davam etdirilir. Bu məsələ Azad İstehlakçılar Birliyini çox narahat edir. 6 ay sonra biz məktəblərlə bağlı araşdırmalar aparacağıq. Onu da qeyd edim ki, standartlara uyğun olan ət və süd məhsullarının satışına qanunla icazə verilib. Lakin bu sahədə də işlər istənilən səviyyədə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə