"Azərbaycan iqtisadiyyatının sağlamlığının əsas göstəricisi, onun xarici iqtisadi mövqeyidir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı deyib.
E. Rüstəmov bildirib ki, mürəkkəb qlobal mühitə baxmayaraq, ölkənin xarici iqtisadi mövqeyi hələ də əlvererişlidir: "Bu ilin 9 ayında xarici ticarət balansı profesitlidir. Ötən dövrlə müqayisədə bu profesit təxminən 9 faiz artıb. Azərbaycan ixracı öz idxalını 2,7 dəfə üstələyib. 2014-cü ilin 9 ayında Strateji valyuta ehtiyatları 3,5 milyard artaraq təxminən 54 milyard dollara çatıb. Əgər Azərbaycan iqtisadiyyatı 3 il heç nə ixrac etməsə, bu, ölkəmizi idxalla təmin edəcək. Ölkəmizin strateji ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faizdir. Bu göstəriciyə görə Azərbaycan dünyada 20 ölkədən biridir. Bu dövr ərzində Mərkəzi Bankda valyuta ehtiyyatları 6 faizdən çox artaraq 15 milyard dollara yaxınlaşıb".
E. Rüstəmov deyib ki, Azərbaycanda iqtisadi artım davam edir: "Bunun nəticəsidir ki, Azərbaycan öz iqtisadiyyatının həcminə görə dünyanın 70 dövlətindən biridir. Eyni zamanda yoxsulluğun ən aşağı səviyyədə olduğu 25 ölkə arasındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB