Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin oktyabrında Novorossiysk limanından 84 min 769 ton, Supsa limanından 250 min 220 ton, Ceyhan limanından isə 1 milyon 641 min 69 ton xam neft ixrac edib.
ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-oktyabr aylarında Novorossiysk limanından 847 min 352 ton, Supsa limanından 2 milyon 533 min 506 ton, Ceyhan limanından isə 17 milyon 276 min 471 ton xam neft ixrac olunub. Şirkət tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB