“Şahdəniz”dən Gürcüstan və Türkiyəyə 34 milyard kubmetr qaz ixrac edilib
2004-cü ildən bu il oktyabrın 1-dək "Şahdəniz" yatağından Gürcüstana 4 milyard kubmetr, Türkiyəyə isə 30 milyard kubmetr qaz ixrac edilib.
Bunu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə Bakıda keçirilən 13-cü illik konfransındakı çıxışında Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
"Şahdəniz" yatağında 1 trilyon 200 milyard kubmetr qaz və 240 milyon tondan artıq kondensat ehtiyatı olduğunu bildirən X.Yusifzadə 2004-2014-cü illər ərzində yataqdan 55 milyard kubmetr qaz və 14 milyon ton kondensat hasil edildiyini diqqətə çatdırıb. Yatağın gündəlik hasilatı 27 milyon kubmetr qaz və 7 min ton kondensatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB