Nadir Əzməmmədov: “Dəmir yolunda tarifə baxılacaq” AÇIQLAMA

Nadir Əzməmmədov: “Dəmir yolunda tarifə baxılacaq” AÇIQLAMA

"Bu gün Bakıda MDB və Baltikyanı Şurasının 61-ci iclası keçirilir. Burada 18 ölkədən 160-a qədər nümayəndə heyəti iştirak edir. Konfransın keçirilməsində əsas məqsəd, dəmir yolunda 9 ayın göstəriciləri və tarifə baxmaqdır. Yəni dəmir yoluna aid olan bütün məsələlər burada müzakirə ediləcək". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov tədbirin əhəmiyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq çərçivəsində bunun kimi görüşlər vacibdir: "Burada bütün dəmiryolçular bir-biri ilə daha yaxın olurlar və əlaqələri gücləndirirlər. Beynəlxalq və ikitərəfli görüşlər keçirirlər. Gələcəkdə daşınacaq yüklər barədə, sərnişinlərin işləyəcəkləri qrafikləri müəyyənləşdiriləcək. Burada əsas məqsəd dəmir yollarının bir-biri ilə olan əlaqələrinin daha da gücləndirilməsidir".

Tədbirdə bir sıra məsələlərin müzakirə ediləcəyini deyən Nadir Əzməmmədov iş qrafikləri və daşınan yüklərin müəyyənləşdiriləcəyini ifadə etdi: "Tədbirə qatılan 18 ölkədən 160 nümayəndənin hər birinin planları var və onlar bu barədə məlumat verirlər. Dəmiryolları elədir ki, burada əlaqəli işlənilir. Bu görüşlərdə də mütləq əlaqələrə aydınlıq gətiriləcək. Qeyd etdiyim kimi, burada qrafiklər və daşınan yüklər müəyyənləşdiriləcək. Konteynerlərin siyahıya alınması aydınlaşacaq.

İki gün davam edəcək konfransda ümumi problemlərin həll ediləcəyini deyən mətbuat xidmətini rəhbəri, yekunda protokolun imzalanacağını vurğuladı: "Dəmir yolunda olan ümumi problemlər və gələcəkdə görüləcək işlər həll olunacaq. Bu istiqamətdə hələ ki işlər davam etdirilir. Sabah nələrin razılaşdırıldığı və nələrin razılaşdırılmadığı aydın olacaq. Tədbir 2 gün davam edəcək. Sabah günorta isə yekunlaşdırılacaq ki, yekun protokol imzalansın".

Bütün xəbərlər Facebook səhifəmizdə