“Günəşli” yatağında quyu istismara verildi

“Günəşli” yatağında quyu istismara verildi

Bu günlərdə Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağındakı 8-ci özüldən 141 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA-nın ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, quyu Fasilə Lay Dəstəsindən, 2954-2940 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 87 ton neft və 8000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə