"Neftin qiyməti aşağı düşməkdə davam edəcək. Səbəb hasilatı müəyyən edən OPEK üzvü olan əsas ölkələrin- İranın, Səudiyyə Ərəbistanın mövqeyidir. Onlar neftin qiymətinin stabil saxlanmasında əsas rol oynayırlar. Bugünkü proses onu göstərir ki, həmin ölkələr hasilatı azaltmadırlar". Bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov sosial şəbəkədəki səhifəsində dünya bazarında neftin qiymətinin enməsini şərh edərkən yazıb.
Deputatın sözlərinə görə, son hadisələr onu göstərir ki, nə İran, nə Səudiyyə Ərəbistanı hasilatın azaldılmasına razılıq verməyiblər: "Neftin qiymətinin düşməsi ötən illərdə də müşahidə olunurdu. Amma OPEK ölkələri hasilatı azaltmaqla neftin qiymətini stabil saxlayırdılar. Bu dəfə bunu etmədilər".
Millət vəkilinin fikrincə, neftin qiymətinin ucuzlaşmasının digər səbəbi ABŞ dollarının məzənnəsinin dəyişməsidir: "Eyni zamanda burada şist qazının bazara çıxarılması faktı da mühüm rol oynayır. Fikrimcə, son beş ildə enerji bazarında şist qazının ümumi payının artması və ABŞ-in bunun emalı üçün yeni texnologiyaları tətbiq etməsi bu məsələdə öz təsirini göstərib".
Deputatın qənaətincə neftin qiyməti ilə bağlı vəziyyəti dəyişməsi daha çox siyasi faktorlardan asılıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB