"TANAP və TAP layihələri beynəlxalq müstəvidə gücümüzü daha da artıracaq" Münasibət

"TANAP və TAP layihələri beynəlxalq müstəvidə gücümüzü daha da artıracaq" Münasibət

"Azərbaycan dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bu günlərdə "Cənub" qaz dəhlizinin təməlinin qoyulması buna əyani sübutdur". SİA-nın xəəbrinə görə, bunu yap.org.az saytına Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bu gün güclənən Azərbaycan təkcə Cənubi Qafqazda yox, Avropada çox böyük nüfuz sahibidir: "TANAP və TAP layihələri beynəlxalq müstəvidə gücümüzü daha da artıracaq. Bu gün dünyada mürəkkəb proseslər baş verir. Ona görə də, dövlətlər özünün enerji təhlükəsizliyinin təmin edilməsini başlıca vəzifə hesab edir. Azərbaycan isə bu baxımdan dünyaya öz töhfələrini verir, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Təbii ki, Azərbaycanın bu xoşməramlı addımları dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Yaxşı olardı ki, beynəlxalq aləm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında prinsipiallıq göstərsin və Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün qəti addımlar atsın".

Bütün xəbərlər Facebook səhifəmizdə