Azərbaycan məhsulları Çin sərgisində

Azərbaycan məhsulları Çin sərgisində

Çinin Urumçi şəhərində keçirilən 4-cü Çin-Avrasiya Expo sərgisində Azərbaycan "Azərsun Holding" Şirkətlər Qrupu, "Aqro-Azərinvest" MMC və "Aspi-Aqro Savalan" firması ilə təmsil olunub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildiriblər ki, sərgidə dünyanın 65 ölkəsindən 700-ə yaxın yerli və xarici firma iştirak edib. Sərginin ilk günlərindən Azərbaycan istehsalı olan məhsullara yüksək maraq göstərilib. Çin firmaları Azərbaycan mallarını öz bazarlarında yaymaq üçün təkliflər ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə