Azərbaycan 144 ölkə arasında 38-ci yeri tutub növbəti uğurumuz

Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. SİA-nın xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunun (DİF) dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir.

Azərbaycan üçün rəqabət qabiliyyətlilik reytinqi indeksi 4,53 təşkil edir. Bundan əvvəlki, 2013-2014-cü illərin reytinqində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə idi. İndeksaltı reytinqə görə, ölkə makroiqtisadi mühit üzrə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü mövqedə qərarlaşıb. Dünyanın ən rəqabət qabiliyyətli ölkəsi İsveçrədir. İsveçrə ilə yanaşı liderlər beşliyinə Sinqapur, ABŞ, Finlandiya və Almaniya daxildir.

Rusiya DİF-in rəqabət qabiliyyətlilik reytinqində 53-cü yerə qalxıb. Əvvəlki iki ildə olduğu kimi Estoniya postsovet məkanında lider olaraq qalır və 29-cu yeri tutur. Reytinqin birinci yarısında Azərbaycanla yanaşı Litva (41), Latviya (42), Qazaxıstan (50-ci mövqe) qərarlaşıb.

DİF reytinqləri münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun, geniş Dünya İqtisadi Forumunun milli tərəfdaşlarla birgə - hesabatda təhlil edilən ölkələrdə rəqabət qabiliyyətlilik və iqtisadi inkişaf məsələlərində ixtisaslaşmış aparıcı elmi tədqiqat institutları və şirkətlər tərəfindən keçirdiyi illik tədqiqatın nəticələrinə əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə