“Şəfəq-Asiman” bloku üzrə seysmik məlumatların interpretasiyasına başlanılıb
"bp-Azerbaijan" şirkəti cari ilin birinci yarısında "Şəfəq-Asiman" bloku üzrə üçölçülü seysmik tədqiqat məlumatlarının təhlilini başa çatdırıb. SİA-nın verdiyi məlumata görə, şirkətdən azərtac-a bildiriblər ki, bu, indiyədək Azərbaycanda aparılan ən böyük üçölçülü seysmik məlumat təhlilidir. Hazırda seysmik məlumatların interpretasiyasına başlanılıb. İşlərin tamamlanması üçün 18 aya qədər vaxt tələb olunur. Həmçinin ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt lazımdır.
Təxminən 1100 kvadratkilometr ərazini əhatə edən "Şəfəq-Asiman" bloku Bakıdan 125 kilometr cənub-şərqdə, dənizin dərinsulu (650-800 metr) hissəsində yerləşir. Kollektorun dərinliyi isə təqribən 7 min metrdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB