Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2014-2015-ci illər üçün Azərbaycan iqtisadiyyatının bütün sahələrində ümumi daxili məhsulun (ÜDM) real artım göstəricilərinin proqnozlaşdırılması barədə razılıq əldə edib. SİA-nın məlumatına görə, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə qeyd edilib ki, tərəflər Azərbaycanda 2014-cü ildə ÜDM-in 4,3 faiz, 2015-ci ildə 6,5 faiz real artım göstəricilərinin proqnozlaşdırılmasını zəruri hesab edirlər.
Sənaye istehsalında 2014-cü ildə 2,2 faiz, kənd, meşə və balıqçılıq təsərrüfatlarında 5,9 faiz, 2015-ci ildə isə müvafiq olaraq bu sahələrdə 2,9 faiz və 5,4 faiz real artım proqnozlaşdırılır. Əhalinin pul gəlirlərində 2014-cü ildə 6,8 faiz, 2015-ci ildə 6,6 faiz real artım gözlənilir. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəyyən olunmuş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmalar edilməsini də tövsiyə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB