Kiçik həcmli investisiya layihələri dövlət hesabına maliyyələşdiriləcək

Kiçik həcmli investisiya layihələri dövlət hesabına maliyyələşdiriləcək

İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumat görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. SKMF tərəfindən Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən logistik mərkəzin yaradılması, ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, müasir ət kəsimi müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə