AİF podratçını seçdi

Ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) bir sıra informasiya sistemlərinə texniki dəstək göstərilməsi üzrə podratçını seçib. SİA-nın xəbərinə görə, bu barədə AİF-in çərşənbə günü yaydığı xəbərdə deyilir.

Xəbərə əsasən elan edilmiş tenderin qalibi "GT Solutions" MMC oluv. Şirkət ilə müvafiq müqavilə iyunun 30-da bağlanıb.

Podratçı elektron ipoteka, "GNI Software" avtomatlaşdırılmış mühasibat sistemlərinə, eləcə də Fondun informasiya mübadiləsinin modul sisteminə texniki dəstək göstərəcək.

AİF 2005-ci ilin dekabrında yaradılıb, 2006-cı ilin martından isə ipoteka kreditlərinin verilməsinə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə