2013-cü ildə Azərbaycanda nəqliyyat sahəsində əsas kapitala 3 mlrd. 560 mln. manat sərmayə qoyulub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 36,4% çoxdur. SİA-nın Dövlət Statistika Komitəsinin nəşr etdiyi "Azərbaycanın nəqliyyatı" statistik məcmuəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə, ötən il nəqliyyat sahəsinə kapital qoyuluşunun xüsusi çəkisi, Azərbaycan iqtisadiyyatına yatırılan bütün kapital sərmayələrin 19,9%-ni təşkil edib.
Nəşrdə qeyd olunur ki, 2013-cü ildə nəqliyyat təşkilatlarının gəlirləri 3 mlrd. 508,772 mln. manat olub. Belə ki, ötən il nəqletmədən əsas gəlirlər boru kəmərlərinin istismarından əldə edilib – 1 mlrd. 448,865 mln. manat.
Hesabat dövründə nəqliyyat sahəsinin xalis mənfəəti 1 mlrd. 783 mln. manat olub.
Qeyd edək ki, hava nəqliyyatından əldə edilən gəlirlər 2013-cü ildə 779,843 mln. manat təşkil edib.
Bundan başqa, dəmir yolu sahəsində 223,315 mln. manat, avtomobil sahəsindən götürülən gəlir 916,044 mln. manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB