"Neft Daşları" yatağındakı 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. SİA ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik "Neft Daşları" yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündən 1908 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Quyu IX horizontdan fontan üsulu ilə sutkalıq 25 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB