Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qəbələ şəhərində qəbul keçirib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Qəbələ, İsmayıllı, Oğuz və Şəki rayonlarından olan vətəndaşlar iştirak edib, onların müraciətlərinə baxılıb, təklif və xahişləri dinlənilib.
Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, işə qəbul və digər sosial məsələlərlə bağlı olub.
Komitə sədri qəbula gələn hər bir vətəndaşın müraciətinə diqqətlə dinləyib. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb. Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata götürülüb.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldırdıqlarını bildiriblər.
Komitə sədri tərəfindən vətəndaşların müraciətləri mütəmadi diqqət mərkəzində saxlanılır. Növbəti aylarda da respublika üzrə belə vətəndaş qəbulları keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB