Lerikdə heyvanlar arasında vaksinasiya işi sürətlə aparılır

Lerikdə heyvanlar arasında vaksinasiya işi sürətlə aparılır

Qonşu İran İslam Respublikası ərazisində, iri və xırda buynuzlu heyvanlar arasında "Nadulyar Dermatik" adlı virus xəstəliyinin aşkarlanması Lerik baytarlıq idarəsini hərəkətə gətirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, həmin xəstəliyin ölkə ərazisinə keçməməsi üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Bu gündən sərhəd boyu kəndlərdə monitorinqlərə başlanılıb və ərazilərdə dezinfeksiya və vaksinasiya işləri aparılır.

Həmin virusun yayılma dərəcəsi riskli və təhlükəli olduğu üçün Respublika Baytarlıq xidmətinin göstərişinə əsasən bütün sərhəd məntəqələri tam nəzarətə götürülüb, baytarlıq idarəsinə isə gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıq verilib

Rayon Baytarlıq idarəsi bir neçə gündür ki, həm də xırda buynuzlu heyvanlarda brusselyoz xəstəliyinə qarşı REV – 1, iri buynuzlularda isə Leptosiroz xəstəliyinə qarşı vaksinasiya işlərinə start verib. Vaksinasiya göz damcısı və iynə ilə aparılır. Bu günə kimi 10250 baş mal qaraya vaksin vurulub.

Qeyd edək ki, bu günə kimi rayon ərazisində heyvanlarda qarayara, dabaq xəstəliyinə qarşı vaksinasiya başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə