DSMF sədri Mingəçevirdə pensiyaçıları qəbul edəcək

DSMF sədri Mingəçevirdə pensiyaçıları qəbul edəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 18 iyun 2014-cü il tarixdə, saat 11:00-da Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında Mingəçevir şəhərinin və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-dən SİA-ya verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34;

Mingəçevir şəhər şöbəsində (02427) 4-39-49

Şəki rayon şöbəsində (02424) 4-89-14

Qax rayon şöbəsində (02425) 5-44-33

Zaqatala rayon şöbəsində (02422) 5-54-07

Balakən rayon şöbəsində (02429) 5-18-46

Oğuz rayon şöbəsində (02421) 5-25-40

Qəbələ rayon şöbəsində (02420) 5-06-98

Qəbulda iştirak edəcək vətəndaşların iyunun 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Mingəçevir şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə