Rusiyalı nazir: “Azərbaycanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqında iştirakı məntiqli olardı”

Rusiyalı nazir: “Azərbaycanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqında iştirakı məntiqli olardı”

"İnteqrasiyanın bütün formaları müzakirə edilən və açıqdır. Azərbaycanın istər Avrasiya İqtisadi Birliyi, istər Gömrük İttifaqı, istərsə də inteqrasiyanın başqa formalarına iştirakı konkret müzakirələrin predmetidir. Burada heç bir qadağa mövcud deyil. Hesab edirəm ki, Azərbaycanın bu razılaşmalarda iştirakı məntiqli olardı". SİA-nın məlumatına görə, bu sözləri Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev jurnalistlərə açıqlamasında deyib.

A. Ulyukayev xatırladıb ki, Azərbaycan MDB-nin azad ticarət rejimindən faydalanır.

"Amma daha irəli getmək lazımdır. Avrasiya İqtisadi Birliyi təkcə malların azad ticarət bazarı deyil, həm də burada xidmətlər, sərmayə, işçi qüvvəsi də nəzərə alınır. Bu biznesin qorunması deməkdir" - deyə, nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə