Elman Rüstəmov: “İpoteka strategiyası hazırdır”

Elman Rüstəmov: “İpoteka strategiyası hazırdır”

"İpoteka strategiyası artıq hazırdır". SİA-nın məlumatına görə, bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması barədə strategiya hökumət və Mərkəzi Bankın maliyyə sektoru ilə birgə geniş müzakirə olunacaq. Strategiya təsdiq olunduqdan sonra reallaşdırılmasına başlanacaq. Biz ölkədə vahid ipoteka strategiyasının olmasının tərəfdarıyıq. Gənclər və İdman Nazirliyinin bu strategiya ilə bağlı təklifləri də bu kontekstdə müzakirə olunaraq qəbul edilməlidir. Son nəticədə vahid ipoteka strategiyası həyata keçirilməlidir".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə