Bu ilin yanvar-aprel aylarında ARDNŞ üzrə 46 587 metr qazma işi görülüb
Bu ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 12 810 metr qazma işi həyata keçirib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% azdır.
Belə ki, bu sahədə görülmüş işlərin 12 479 metri istismara, 331 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 46 587 metr qazma işi görülüb ki, bu da ötən ilin 4 ayı ilə müqayisədə 19,7% azdır.
Bunun da 45 665 metri istismara, 922 metri isə kəşfiyyata aid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB