İsmail Hakkı Çiçək Azərbaycanın Qarsdakı Baş konsulu ilə görüşüb

İsmail Hakkı Çiçək Azərbaycanın Qarsdakı Baş konsulu ilə görüşüb

Türkiyənin BOTAŞ-TANAP Ərazi Haqları Birliyi Dövlət Təşkilatının müdiri İsmail Hakkı Çiçək həmin qurumun üzvləri ilə birgə Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanovla görüşüblər. SİA xəbər verir ki, görüş zamanı İ. Çiçək TANAP layihəsi çərçivəsində rəhbərlik etdiyi qurum tərəfindən son zamanlar görülən işlər haqqında qısa məlumat verib. İ. Çiçək Trans Anadolu Qaz Boru Kəməri layihəsinin həm Azərbaycan həm Türkiyə həm də Qars bölgəsi üçün əlverişli olduğunu vurğulayaraq, gələcəkdə bu bölgənin inkişaf edəcəyi və mühüm strateji nöqtələrindən birinə çevriləcəyini söyləyib.

Öz növbəsində Baş Konsul qarşı tərəfə bu layihənin hər iki ölkə üçün önəmli olduğunu diqqətə çatdıraraq, onun həyata keçirilməsi Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə mövcud olan əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsinə yeni töhfələrin verəcəyinə ümidvar olduğumu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə