"Neft Daşları" yatağındakı 2150 nömrəli dərin dəniz özülündən 2150 nömrəli quyu qazmadan sonra istismara verilib. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, kompleks Qazma İşləri Tresti tərəfindən Qırməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1663-1648 metr intervaldan fontan üsulu ilə sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB