Süleyman Qasımov: "ARDNŞ 6,8 milyard dollar kredit borcu var"
"Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 6,8 milyard dollar kredit borcu var". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-nin iqdisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımov deyib.
Onun sözlərinə görə, borcun 1 milyarddan çoxu Türkiyədə həyata keçirilən layihələrə xərclənib: "Onun 1 milyarda qədəri isə Bakıda istismara verilən Gəmiqayırma zavodunun tikintisinə sərf olunub. Borcun digər hissəsilə Azərbaycan tərəfi "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqlar blokunda 1,67 % pay alıb, TANAP, TAP və Şahdəniz -2 layihələrinin reallaşdırılması həyata keçirilib".
Qurum rəsmisi bildirib ki, ARDNŞ-yə borcu olan əsas dövlət strukturu isə "Azərenerji" ASC-dir: "Onun borcu hazırda 280 milyon manata çatıb. Digər orqanların isə ARDNŞ-yə lan borcu elə də böyük deyil. Çünki, hazırda neft məhsullarının satışı öncədən edilmiş ödəniş hesabına aparılır".
Süleyman Qasımov ARDNŞ-nin "Şahdəniz-2" layihəsi çərçivəsində Fransanın "Total" şirkətindən pay alıması məsələsinə də aydınlıq gətirib: "ARDNŞ "Şahdəniz 2" layihəsində payını artırmaq məqsədilə Norveçin "Statoil" şirkətinin satışa çıxardığı 10% payın 6,7%-ni alıb. Payın 3,3%-nə isə BP sahiblik edir. Hazırda "Total" şirkəti də 10%lik payını satmaq niyətindədir. Lakin bu hələki rəsmiləşməyib. Məsələ ilə bağlı danışıqlar gedir. ARDNŞ-nin də bu payı almaq hüququ var. Maliyyə dəstəyi olsa, Azərbaycan tərəfi bu payı alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB