Nazir: “Yeni iş yerlərinin yaradılması ilə bağlı proseslər davam edir”

Nazir: “Yeni iş yerlərinin yaradılması ilə bağlı proseslər davam edir”

"Hazırda Azərbaycanda artım tempi stabildir". SİA-nın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında deyib.

Yeni iş yerlərinin yaradılması ilə bağlı proseslərin davam etdiyini dilə gətirən S. Müslümovun sözlərinə görə, yeni iş yerlərinin yaradılması əmək bazarında yeni ixtisaslara tələbatı yüksəldir.

Qurumun cari ilin ilk rübü ilə bağlı keçiriləcək iclasa gəlincə, nazir deyib ki, bu ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclasda ilin qalan dövrü üçün Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının qarşısındakı vəzifələr müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək, eyni zamanda bir sıra kadr dəyişiklikləri də aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə