Baş Ələt stansiyasında obyekt mülki müdafiə məşqi keçirilib
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin 2014-cü ildə MM tədbirlər planına müvafiq olaraq Baş Ələt stansiyasının stansiyasının ərazisində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi" mövzusunda növbəti kompleks obyekt mülki müdafiə məşqi keçirilib. QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq stansiyanın rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən yerləşən digər dəmir yolu müəssisələri işçiləri məşqə cəlb olunub.
Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən məşqdə stansiyanın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak ediblər. Hazırlıq işləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirovun şəxsi nəzarəti ilə yüksək səviyyədə həyata keçirilib.
Baş Ələt stansiyasının ərazisində keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıblar. Qərargah rəhbəri, stansiyasının rəisi İqbal Nəcəfov məlumat verib ki, şərti olaraq səhər saatlarında yağan güclü leysan nəticəsində yolları su basıb, stansiyanın girişində yolu torpaq yatağı yuyulduğundan vaqonlar relsdən çıxıb, neftlə yüklü vaqon aşıb və neft məhsulları əraziyə dağılıb. Hadisə nəticəsində stansiyanın binalarında çatlar əmələ gəlib, inzibati binada qısa qapanma nəticəsində yanğın baş verib. İşçilər arasında müxtəlif dərəcəli xəsarət alanlar və yaralananlar var. Stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olub.
Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə məşq iştirakçılarının vəzifələri dəqiqləşdirilib.
İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərləyib və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində "Yanğın həyəcanı" siqnalı verilib. Kəşfiyyat manqası müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandiri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə edib. Müvəqqəti rabitə bərpa edilib. Bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıb. Yanğın tamam söndürülüb. Bərpa işləri başa çatandan sonra hər bir manqa komandiri MM Qərargahı rəhbərinə məruzə edilib.
Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki inspektoru İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və aktiv iştiraka görə hər kəsə minnətdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB