RYTN sahəsində çalışanların orta aylıq əməkhaqqları açıqlanıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə rüb ərzində 17 yeni iş yeri açılıb, orta aylıq əməkhaqqı 378,6 manat təşkil edib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 % çoxdur. SİA-nın xəbərinə görə, bu barədə Nazirliyin 2014-cü ilin ilk rübü üçün hazırlanan hesabatında məlumat yer alıb.
Hesabatda qeyd olunub ki, ümumilikdə sektor üzrə orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 % artırılaraq 656,9 manata çatdırılıb. Eyni zamanda telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 712,4 manat, proqram təminatının işlənməsi sahəsində 892,5 manat, poçt sektorunda isə 228,6 manat təşkil edir (2 aylıq).
Məlumat üçün bildirək ki, respublika üzrə orta aylıq əməkhaqqı 430 manat təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB