Gəncəyə yeni kombaynlar gətirilib FOTO

Gəncəyə yeni kombaynlar gətirilib FOTO

Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Aqrolizinq Səhmdar Cəmiyyətinə "New Holland" şirkətininin istehsalı olan TC 5050 taxılyığan kombaynları gətirilib. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, bununla əlaqədar olaraq istehsalçı şirkət tərəfindən Azərbaycanda yerli mütəxəssislər üçün treninqlər təşkil edilib.

Qeyd edək ki, treninqlər 2 istiqamətdə - texniki xidmət təlimatları və idarəetmə təlimatları üzrə altında keçirilir. Onu da bildirək ki, adıçəkilən kombayndan ölkəmizə ilkin olaraq 100 ədəd gətirilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə