Sədaqət Vəliyeva: “Əldə olunan uğurlar Azərbaycanın perspektiv inkişafı üçün daha geniş imkanlar yaradır”
"Ölkəmizin cari ilin ilk üç ayı ərzində sosial-iqtisadi və digər sektorlarda əldə etdiyi nailiyyətlər bir daha Azərbaycanda yürüdülən praqmatik və rasional inkişaf strategiyasının əhəmiyyətini üzə çıxarıb. Məhz son üç ayın nəticələri Azərbaycanın dinamik inkişafının saxlanıldığının göstəricisidir". SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva belə deyib.
Onun sözlərinə görə, 2014-cü ilin birinci rübündə müxtəlif sosial yönümlü işlərin həyata keçirilməsi, əlillərin, Qarabağ müharibəsi iştirakçılarının, sosial təminat baxımdan zəif olan ailələrin güzəranının daha da yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin imzaladığı ardıcıl sərəncam və fərmanlar yeni uğurların əldə olunmasına yol açıb: "Sevindirici haldır ki, dövlət başçısının rəhbərliyi ilə yürüdülən inkişaf strategiyası Azərbaycanın qlobal maliyyə və iqtisadi böhrandan əziyyət çəkməsinə imkan verməyib. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində iş yerləri ixtisar olunduğu, sosial xərclərin azaldıldığı bir vaxtda Azərbaycanda sosial sahəyə büdcə ayırmaları daha da artırılır. Buna bariz nümunə kimi, cari ilin yanvar-mart aylarında 29 min yeni iş yerinin açılmasını göstərmək olar. Bu faktlar bir daha Azərbaycanda yürüdülən siyasətin effektivliyindən, dövlətin vətəndaşlarına olan diqqət və qayğısından xəbər verir. Əldə olunan uğurlar Azərbaycanın perspektiv inkişafı üçün daha geniş imkanlar yaradır və əminəm ki, bundan sonra nailiyyətlərimiz daha da çox olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB