Nazir Ağdam sakinləri ilə görüşəcək

Nazir Ağdam sakinləri ilə görüşəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Ağdam rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Ağcabədi, Laçın, Bərdə rayonlarının sakinləri ilə görüşəcək. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, aprelin 25-də saat 10:00-da keçiriləcək görüşdə iştirak etmək istəyəm vəvətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (026) 325- 03- 57 (Ağdam rayon ƏSMM), (021) 275-53- 24 (Ağcabədi rayon ƏSMM), (020) 205-19-98 (Bərdə rayon ƏSMM), (021) 277-84-01 (Laçın rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Ağcabədi, Bərdə və Laçın rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə