Komitə sədri: “Azərbaycanın ən yararlı torpaqları Qarabağdadır”
"Azərbaycanın ən yararlı torpaqları Qarabağdadır və bu da işğal olunmuş 11 rayonun ərazisidir". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə verdiyi açıqlamasında deyib.
"Bu torpaqların dəyəri 80-100 bal ilə ölçülür. Amma fakt odur ki, bu gün işğal altındadır. Buna görə də ölkə əhalisinin sayının artımı, ərazinin bir hissəsinin işğal olunması və artan əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunması ərzaq təhlükəsizliyini vacib və aktual məsələyə çevirib",- deyə komitə sədri qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB