DBX: "İnsanlar kefal balıqlarından istifadə edə bilərlər"

DBX: "İnsanlar kefal balıqlarından istifadə edə bilərlər"

"Xəzər dəniz sahili rayonlarımızdan Dövlət Baytarlıq Xidmətinə verilən məlumatlara əsasən, hələ ki, dənizin Azərbaycan sektorunda xəstə kefal balıqlarına rast gəlinməyib". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, balıqların kürüləmə dövrünün yaxınlaşması ilə əlaqədar Xəzərin İran sektorundakı xəstə kefal balıqlarının Azərbaycan tərəfinə keçmə ehtimalı var: "10-15 gündən sonra balıqlar çaylara dorğu hərəkət edəcəklər. Onda balıqlar digər çaylar vasitəsilə Kürə, ordan da Xəzərə hərəkət edə bilərlər. İran tərəfi bildirir ki, kürüləmə dövründə Xəzərin İran sektorunda xəstə kefal balıqları tapılıb. Lakin qeyd edim ki, bu hal hələ ki, Azərbaycan üçün xarakterik deyil. Hazırda monitorinqlər aparılır və nəticələrə əsasən Xəzərin Azərbaycan sektorunda vəziyyət sabitdir".

Qurum rəsmisi bildirib ki, hələ ki, insanlar kefal balıqlarından qida məhsulu kimi istifadə edə bilərlər: "Məsələ ilə əlaqədar heç bir mənfi hal yoxdur. İnsanlar qida məhsulu kimi kefal balıqlarından istifadə edə bilər. Yalnız monitorinqlər nəticəsində və ya rayonlardan bizə edilən müraciətlər əsasında ölmüş halda tapılan kefal balığının analizlərindən sonra sözü gedən balıqdan istifadəyə qadağa qoyulacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə