Avropanın ən prestijli və nüfuzlu "Paris İdarə Heyəti Assosiasiyası Klubu" tərəfindən təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Avropada keyfiyyət və üstünlük baxımından bütün dünyada tanınan şirkətləri mükafatlandırmaq üçün Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən mərasimdə 40-dan çox ölkədən gələn 70 şirkətin müxtəlif sektorlarda çalışan biznesmenləri və ölkələrin diplomatik korpus nümayəndələri iştirak ediblər.
Azərbaycandan dəvət olunan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC "Keyflyyətli Öhdəlik və Üstünlüyə görə" beynəlxalq mükafata layiq görülüb. Mükafatı "Azəryolservis" ASC-nin sədr müavini Şaiq Bilalov qəbul edib.
Tədbir çərçivəsində "Qlobal Yaşıllaşdırma Təltifı və Yaşıllaşdırma İqtisadi Forumu" bölməsində dünyanın bir çox ölkələrinin yaşıllaşdırma sahəsində çalışan şirkətlərinin inkişafı və strategiyaları haqqında geniş təcrübə mübadiləsi də aparılıb.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC üçüncü dəfədir ki, beynəlxalq mükafata layiq görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB