WTI markalı neft bahalaşıb

Aprelin 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 0,67 dollar artaraq 1 barelə görə 100,29 dollar olun. SİA xəbər verir ki, aprelin 3-də ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,36 dollar artaraq 106,15 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə