Bakı və Gəncə şəhərlərinin bəzi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq martın 28-də saat 09:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 10:00-dan 18:00-dək Bakının Binəqədi rayonunun bir hissəsinə, saat 10:00-dan 15:00-dək isə Nərimanov rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB