Bağlanan yollardan biri açıldı

Bakıda təmirə bağlanan yollardan biri açılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Səməd Vurğun küçəsinin Hənifə Ələsgərov küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev adına təhsil kompleksinin yanı - şəhər istiqamətində) aparılan təmir işləri yekunlaşdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə