Türkiyənin iqtisadi vəziyyəti müzakirə edilib

Türkiyənin iqtisadi vəziyyəti müzakirə edilib

Dünya miqyasında tanınmış iqtisadiyyatçılar Uludağ İqtisadiyyat Zirvəsində Türkiyənin iqtisadi vəziyyətini müzakirə ediblər. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyənin Davosu kimi xarakterizə edilən zirvə görüşündə10 fərqli iclasda sahibkarlar, iqtisadiyyatçılar və siyasətçilərdən ibarət 50-dən artıq məruzəçi iştirak edib.

Bursa şəhərində keçirilən Uludağ İqtisadiyyat Zirvəsinin son günündə gündəmdə, Avropa və Türkiyənin iqtisadiyyatı yer tutub.

İştirakçılar, "Avropanın bərpası prosesində Türkiyənin rolu nə ola bilər?" sualına cavab axtarıblar.

İclasda islahat prosesi ön plana çəkilib.

Almaniyanın sabiq prezidenti Christian Wulf çıxışında deyib ki, "Almaniya Türkiyədən çox şey öyrəndi, dünyanın da sizdən öyrənəcəyi çox şey var. Sənaye sahəsində inkişafa üstünlük verin və islahatları davam etdirin".

Birja İstanbulun sədri İbrahim Turxan da, son on ildə önəmli islahatlar həyata keçirildiyinə diqqəti çəkərək, islahatların davam etdirilməsinin vacibliyinə toxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə