CEIBC-yə üzv olan şirkətlər DSMF sədri ilə görüşüb

CEIBC-yə üzv olan şirkətlər DSMF sədri ilə görüşüb

Bu gün Caspian European Club-na (CEIBC) üzv olan şirkətlərin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevlə görüşü keçirilib. SİA xəbər verir ki, ilk öncə görüşdə cari ilin 23 aprel tarixində keçiriləcək "Caspian Energy Forum"un təqdimatı keçirilib.

Görüşdə çıxış edən Elman Mehdiyev deyib ki, 2014-cü il 1 yanvar tarixinə qədər 1 milyon 691 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib və onların adına fərdi hesab açılıb: "Ötən il DSMF orqanlarına daxil olan hesablarının təqdimatının avtomatlaşdırılması məsələsi baş tutub. İri və orta sahibkarlıq bütövlükdə hesabatı DSMF orqanlarına elektron formada təqdim edir. Sığortaolunanlar üçün isə yeni bir sistemi - fərdi uçot sistemini tətbiq etmişik. Bunla da işəgötürənlə işçi arasında münasibətlərdə DSMF-nın 3-cü tərəf olaraq rolu getdikcə artır".

Tədbirin davamında işəgötürənlərin marağının artırılması üçün qanunvericilikdə dəyişikliklər edilməsi yolu ilə görüləcək tədbirlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə